3 May, 2012
Hava haqqında

Azərbaycan paytaxtında qeyri-sabit hava şəraiti meteohəssas insanlarda narahatlıq yaradacaq

Bakı və Abşeron yarımadasında mayın 4-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı, axşama doğru isə havanın tədricən tutulacağı gözlənilir.

 Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Simsar.az-a verilən məlumata görə, səhər yarımadanın bəzi yerlərində zəif duman olacaq. Gündüz əsən mülayim şimal küləyi axşama doğru arabir güclənəcək. Havanın temperaturu gecə 11-14, gündüz 21-26 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında mayın 4-də hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 10-15, gündüz 20-25, dağlarda gecə 4-9, gündüz 12-17 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza əsasən, mayın 4-6-da Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi müsbət amil olsa da, 4-ü axşamdan gözlənilən qeyri-sabit hava şəraiti bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!