2 May, 2012
TQDK sınaq imtahanlarının nəticəsini açıqladı

Nəticələr komissiyanın rəsmi internet saytında yerləşdirilib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) abituriyentlərin ali məktəblərə daha səmərəli hazırlaşmalarına kömək etmək məqsədilə aprelin 29-də keçirilən sınaq imtahanlarının nəticələrini açıqlayıb.

 TQDK-nın mətbuat katibi Elnur Nağızadənin Simsar.az-a verdiyi məlumata görə, imtahanın nəticələri komissiyanın rəsmi internet saytında yerləşdirilib. 

Abituriyentlər nəticələr barədə məlumatı mobil telefonla “İmtahancell” (Azercell nömrələrindən), “Cavab” (Bakcell nömrələrindən) və “Imtahan-info” (NAR Mobile) xidmətləri vasitəsilə də öyrənə bilərlər.

Qeyd edək ki, sonuncu sınaq imtahanları mayın 6-da və 20-də keçiriləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!