2 May, 2012
Məktəbdə paylanan süd şagirdləri zəhərləyib

50 məktəbli xəstəxanaya aparılıb

Türkiyənin bölgələrində məktəblərdə başlanan «süd» kampaniyası ilk günlərindən iflasa uğrayıb. Simsar.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Diyarbəkirdəki Hürriyet İlköyrətim Məktəbində paylanan süd 50 şagirdin zəhərlənməsi ilə nəticələnib. Məktəbə çoxsaylı təcili yardım maşınları gəlib və onlara ilkin yardım göstərilib. Bundan sonra şagirdlər xəstəxanaya aparılıblar.

Xatirə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!