2 May, 2012
“Eurovision”la əlaqədar avtomobillərin Bakıya girişinin məhdudlaşdırılacağı xəbəri doğru deyil

Asif Əsgərov: "Belə bir göstəriş yoxdur"

“Eurovision” mahnı müsabiqəsinin keçiriləcəyi Səbail rayonu ərazisində hər gün yeni işlər görülür, fantastik layihələr həyata keçirilir”.

Simsar.az-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov deyib. A. Əsgərov ölkəyə, o cümlədən Səbail rayonuna turist axınının artdığını vurğulayıb: “Turistlərin daha da artacağı gözlənilir”.

A. Əsgərov hüquq-mühafizə orqanlarının “Eurovision” mahnı müsabiqəsinin keçiriləcəyi ərazidə, o cümlədən Dövlət Bayrağı Meydanının ətrafında ciddi təhlükəsizlik tədbirləri gördüyünü söyləyib.

O, “Eurovision” mahnı müsabiqəsi ilə əlaqədar avtomobillərin paytaxta girişinin məhdudlaşdırılacağı barədə fikir olmadığını bildirib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!