2 May, 2012
Ağsuda Sasani döyüşçüsünün qəbri aşkarlanıb

Şamaxının Göylər kəndində isə bu dövrə aid dəfinə tapılıb

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu Ağsuda Sasanilər dövrünə aid tarixi eksponatlar tapıb. Bunu çərşənbə günü Simsar.az-a institutun Şamaxı-Ağsu arxeoloji ekspedisiyasının rəhbəri Akif Quliyev deyib.

Onun sözlərinə görə, Ağsuda Sasani döyüşçünün qəbri aşkarlanıb. Qəbrin təxminən V əsrə aid olduğu hesab edilir. Qəbirdəki döyüşçünün sağ əlində şüşə cam, belində dəmir qılınc, ayaqlarının altında isə Sasani draxması (pulu) olub.

Quliyev deyib ki, indiyədək Azərbaycanda Sasanilər dövrünə aid Şirvanda, Şamaxının Göylər kəndində dəfinə tapılıb. Ötən il Azərbaycanda aşkarlanmış pullar arasında ən qədimi Bizans imperatoru Konstantinə aid olub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!