27 Aprel, 2012
Gəncədə əmək yarmarkası keçirilib

İşaxtaranlara 750-dən artıq iş yeri təklif olunub

Simsar.az-ın Qərb bürosunun verdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq xidməti orqanlarının xətti ilə təşkil olunmuş əmək yarmarkasında sənaye, kommunal, təhsil, səhiyyə və digər sahələr üzrə 750-dən artıq iş yeri təklif edilib.

Yarmarkada iştirak edən müəssisələrdən 53-ü dövlət, 41-i isə özəl təşkilatlar olub. Yarmarkaya çıxarılan iş yerlərindən 265-i fəhlə, 226-sı qulluqçu, 259-u isə xidməti işlərdir. Təqdim olunmuş iş yerləri üçün əmək haqqı minimum 50-93 manat, maksimum 416 manat təşkil edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!