26 Aprel, 2012
Yazarlar məhkumlara kitab hədiyyə edib

Davamı olacaq 

Qobustanda yerləşən 14 saylı həbsxanadakı məhkumlara 300-dən çox kitab bağışlandı. 

Bu, Yeni Yazarlar və Sənətçilər Qurumunun hədiyyəsidir.

Bu tədbir ilə qurum XII Bakı Kitab Bayramının silsilə tədbirlərinə start verdi.

Həbsxanada düzənlənən görüşdə təkcə görüşə qatılan şairlər Zaur Qəriboğlu, Yusif Nazim, Mübariz Cəmilbəyli, Orxan Məmmədov yox, məhkumlar da öz şeirlərini deyiblər.

Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri Aydın Xan çağdaş Azərbaycan mədəniyyəti, ədəbiyyatı, ədəbi prosesi, kitab işi barədə müxtəsər məlumat verdi, məhkumların yaradıcılıq imkanlarıyla maraqlandı.

Qərara alındı ki, bu cür tədbirlər davamlı keçirilsin, şair-məhkumların qələm məhsullarının dövri mətbuat və İnternetdə yayımlanması ilə bağlı işlər gücləndirilsin.

Sözügedən görüşdə beynəlxalq təşkilatların vicdan məhbusları kimi tanıdığı gənc fəal Bəxtiyar Hacıyev, Müsavat Partiyası Gənclər təşkilatının sədri Tural Abbaslı və onun müavini Əhəd Məmmədli, AXCP Rəyasət Heyətinin üzvü Sahib Kərimli də iştirak ediblər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!