25 Aprel, 2012
Texnikabank satılır?

Bankın səhm paketinin Kapital Banka satıldığı deyilir 

Bankla bağlı müxtəlif söz-söhbətlər dolaşır

Bu gün Texnika Bankın səhmdarlarının gözlənilməz toplantısı keçirlib. Simsar.az xəbər verir ki, ümumi yığıncaqda ləğvetmə komissiyasinın yaradılması və səhm paketinin Kapital Banka satılması qərara alınıb.

Son zamanlar Texnika Bank ətrafında söz-söhbətlər gedir. Bankın müşahidə Şurasının sədrinin həbs olunduğu bildirilir. Bundan başqa, Texnika Bankın Yasamal filialının müdir müavini Elnur Seyidov da həbsə alınıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!