25 Aprel, 2012
"Gənclər düz edib Akademiyadan qaçırlar"

Yaqub Mahmudlu: "Onlara şərait yaratmaq lazımdır"

“Mən AMEA-ya çox istedadlı gəncləri cəlb edirəm. İki doktorantın yerinə 26 nəfər götürmüşəm. Amma onlar müdafiə edən kimi AMEA-nı tərk edirlər. Düz də edirlər. Çünki AMEA-da əmək haqqı azdır”.

Simsar.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudlu deyib. 

Millət vəkilinin sözlərinə görə, gəncləri AMEA-ya cəlb etmək lazımdır. Akademiyada elə şərait olmalıdır ki, respublikadakı bütün istedadlı gənclər bura axışsın: “Onlara şərait yaratmaq lazımdır. Mənzil işlərini sahmana salmaq lazımdır, onlar üçün yataqxanalar olmalıdır, evlənənlər üçün şərait yaradılmalıdır”.

Y. Mahmudlu onu da bildirib ki, Azərbaycan tarixinin daha yaxşı çatdırılması üçün Tarix İnstitutuna xüsusi şərait yaradılmalıdır: “Bizim instituta bina verilsin, vəsait ayrılsın, tarixçi alimlərə normal iş şəraiti yaradılsın”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!