25 Aprel, 2012
Hava haqqında

Ölkə ərazisində yenidən zəif düman müşahidə eidləcək

Yaxın iki gündə ölkə ərazisində sabit hava şəraiti hökm sürəcək. Sabah Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, səhər və axşam yarımadanın bəzi yerlərində zəif duman olacaq, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Gecə 11-15, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Aprelin 27-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Səhər və axşam yarımadanın bəzi yerlərində zəif duman, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Gecə 11-15, gündüz 23-28 dərəcə isti gözlənilir.

Azərbaycanın rayonlarında aprelin 26-da hava əsasən yağmursuz, bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 11-16, gündüz 24-29, dağlarda gecə 6-11, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.

Aprelin 27-də hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 11-16, gündüz 23-28, dağlarda gecə 6-11, gündüz 16-21 dərəcə isti olacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!