25 Aprel, 2012
Qaçqınlara aid konfrans olacaq

Konfransa 21 ölkədən nümayəndələr qatılacaq

Mayın 10-11-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarlığının dəstəyi ilə “Müsəlman dünyasında qaçqınlar” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Simsar.az-ın xəbərinə görə, konfransda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdən xarici işlər nazirləri başda olmaqla 500-dən çox nümayəndə iştirak edəcək. Forumun işinə 40 beynəlxalq və regional təşkilatın təmsilçiləri və 21 ölkədən müşahidəçilər də qatılacaq.

Konfransın yekunları əsasında Aşqabad Bəyannaməsi və müsəlman dünyasında qaçqınların durumu ilə bağlı fəaliyyət planı qəbul olunacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!