23 Aprel, 2012
TERROR QURBANINDAN QALAN FOTOLAR

Polkovnik leytenant Elşad Quliyevin şəkilləri yayılıb 

Aprelin 6-da Gəncədə keçirilən antiterror əməliyyatı zamanı terrorçuluqda ittiham olunan şəxslərin qətlə yetirdiyi MTN-in polkovnik leytenantı, Elşad Quliyevin fotoları, təltiflərinin əks etdirən sənədlər yayılıb. Onun “Facebook” istifadəçilərindən olan yaxın qohumu bu şəkilləri paylaşıb. Yayılan məlumatda vətəndaşların təhlükəsizliyi naminə canından keçən Elşad Quliyevin həyat yolu haqqında da qeydlər var.


Qeyd olunur ki, 1972-ci ildə Zəngilan rayonunda anadan olan E.Quliyev Qarabağ müharibəsi veteranıdır. 1995-ci ildən isə MTN-də çalışıb.
Həlak olan zabitin iki oğlu - 5 yaşlı oğlu Əmmar və 7 aylıq Nizami – yadigar qalıb.
Qəhrəman zabitin oğlu Əmmarla olan fotosu da sosial şəbəkədə yerləşdirilib
Həmin fotoları təqdim edirik.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!