21 Aprel, 2012
"Boeing 737" qəzaya uğradı: 118 nəfər öldü

Qəza İslamabad şəhərinin yaxınlığında baş verib

Pakistan paytaxtı İslamabad şəhərinin yaxınlığında “Boeing 737” sərnişin təyyarəsinin qəzaya uğrayıb. Simsar.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, qəza nəticəsində 118 nəfər həlak olub.

İlkin məlumatlara görə, təyyarədə 127 sərnişin olub. “Bhoja Airline” şirkətinə məxsus təyyarə Pakistanın Kəraçi şəhərindən uçurmuş.

Pakistan televiziyalarının yaydığı məlumata görə, qəza əlverişsiz hava şəraitinə görə baş verə bilər. Təyyarə Çaklala hərbi aviabazasının yaxınlığında baş verib. Təyyarənin yaşayış zonasına düşdüyü bildirilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!