20 Aprel, 2012
ABB yeni pensiya kartlarının verilməsi prosesini sürətləndirib

Azərbaycan Beynəlxalq Bankının Sumqayıt filialı kartların verilməsi ilə bağlı gücə-gündüz rejimində işləyir

Azərbaycan Beynəlxalq Bankı (ABB) tərəfindən yeni pensiya kartlarının verilməsi prosesi yüksək səviyyədə təşkil olunub. Bu barədə Simsar.az-a bankın mətbuat xidmətindən bildirilib.

Belə ki, Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan pensiyaçılara qəsəbədəki Mədəniyyət Evində, Zabratda bələdiyyənin binasında, Sabunçuda «Azərenerji» ASC-nin Mədəniyyət Evində, Bakıxanov qəsəbəsində isə Bank tərəfindən icarə olunan Fətəliyev küçəsindəki 13 saylı binada verilir.

Ümumilikdə, Sabunçu filialı tərəfindən 9 minə yaxın yeni kart veriləcək. Bu proses gücləndirilmiş rejimdə həyata keçirilir və yaxın bir neçə gün ərzində başa çatacaq.

ABB-nin Sumqayıt filialı kartların verilməsi ilə bağlı gücə-gündüz rejimində işləyir. Bankın digər filiallarında da yeni pensiya kartlarının verilməsi gücləndirilmiş rejimində həyata keçirilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!