19 Aprel, 2012
İlham Əliyev sərəncam imzaladı

1 saylı Sumqayıt Şəhər Xəstəxanasının yenidən qurulmasına 5 milyon manat ayrıldı

Azərbaycan Respublikası prezidenti İlham Əliyev 1 saylı Sumqayıt Şəhər Xəstəxanasının yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Simsar.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, sərəncamla 1 saylı Sumqayıt Şəhər Xəstəxanasının yenidən qurulması ilə bağlı əsaslı təmir işlərinə başlanılması, tibbi avadanlıq və inventarla təchiz olunması üçün 2012-ci il dövlət büdcəsində nəzərdə tutulan Prezidentin Ehtiyat Fondundan Səhiyyə Nazirliyinə ilkin olaraq 5 milyon manat ayrılıb.

Maliyyə Nazirliyi nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunan qaydada təmin etməlidir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!