19 Aprel, 2012
Sahibkarlar üçün treninq keçirilib

Treninq “Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması” mövzusunda olub

Bu gün İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə Lənkəran şəhərində sahibkarlar üçün “Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması” mövzusunda treninq keçirilib.

Nazirliyin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, treninqdə risklərin mahiyyəti, biznesdə risklərin azaldılması yolları, sığortanın əhəmiyyəti, xüsusiyyətləri, zəruriliyi, bu sahədə mövcud qanunvericilik bazası və s. barədə ətraflı məlumat verilmiş, “Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması” mövzusunda təqdimat keçirilib.

Tədbir zamanı həmçinin, İqtisadi İnkişaf Nazirliyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin dəstəyi ilə yaradılmış www.b2b.az elektron ticarət portalı, portalın biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar, portaldan istifadə qaydaları, elektron ticarətlə bağlı beynəlxalq təcrübə və s. barədə məlumat sahibkarların diqqətinə çatdırılıb.

Tədbir çərçivəsində sahibkarlara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış tədris-metodiki vəsaitlər paylanmış, onları maraqlandıran suallar cavablandırılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!