19 Aprel, 2012
Prezidentlə görüşə velosipedlə gəldi

Hər kəs Hollandiyadakı bu olaydan danışır

Parlamentdə Güllə görüşə gələn baş nazir heç bir mühafizəçisi olmadan velosipedlə gəlsə də, ondan bir neçə dəqiqə sonra məclisə gələn Abdullah Gül və Niderland kraliçası Beatriks mühafizəçilərlə bərabər olub.


Hollandiyanın Baş naziri Mark Rutte Türkiyə prezidenti Abdullah Güllə görüşə velosipedlə gəlib. Simsar.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Türkiyə prezidentinin Hollandiya səfəri zamanı bu məqam xüsusi diqqət çəkib. Parlamentdə Güllə görüşə gələn baş nazir heç bir mühafizəçisi olmadan velosipedlə gəlsə də, ondan bir neçə dəqiqə sonra məclisə gələn Abdullah Gül və Niderland kraliçası Beatriks mühafizəçilərlə bərabər olub.

 Qeyd edək ki, Hollandiyada velosiped ən çox istifadə olunan ictimai nəqliyyat hesab olunur və cəmiyyətin bütün təbəqələri bundan istifadə edir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!