19 Aprel, 2012
Görüntülü söhbət zamanı boğazını kəsdi

Bu səhnəni izləyən sevgilisi isə şok keçirib.

Hindistanın paytaxtı Yeni Dehliyə gedən İngiltərəli Adrian Rovland interenetdə sevgilisi ilə görüntülü söhbət edərkən boğazını kəsib. Simsar.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, o, biznes problemləri üzündən özünü öldürməyə qərar verib. Bu səhnəni izləyən sevgilisi Culiya Zalinski isə şok keçirib.
O, Hindistakı hüquq-mühafizə orqanlarına xəbər verməsinə baxmayaraq, 10 saat ərzində heç kimin Rovlanda kömək etmədiyini bildirib.
53 yaşlı Rovland dörd ildir ki, həyat yoldaşından boşanıb, onun üç uşağı var.

Xatirə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!