19 Aprel, 2012
"Oxuyur Müslüm Maqomayev"

Filmin ekrana çıxmasının 40 illiyinə həsr olunmuş musiqili-bədii gecə keçiriləcək

"Oxuyur Müslüm Maqomayev" filminin ekranlara çıxmasının 40 illiyinə həsr olunmuş musiqili-bədii gecə keçiriləcək. Simsar.az-ın məlumatına görə, tədbir aprelin 24-də Nizami Kino Mərkəzində təşkil ediləcək. Gecəyə dəvət olunanlara maraqlı proqram təqdim ediləcək. Gecədə foto sərgi, sənət adamlarının xatirələri və filmin nümayişi olacaq.

Qeyd edək ki, bu il görkəmli müğənni Müslim Maqomayevin 70 illiyi qeyd olunacaq. Müğənni haqqında çəkilən filmlər arasında “Oxuyur Müslüm Maqomayev” filminin xüsusi yeri vardır. Film 1972-ci ildə “Azərbaycanfilm” kinostudiyasında rejissor Tofiq İsmayılov tərəfindən çəkilib. Bu yaxınlarda Dövlət film Fondunda film bərpa edilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!