19 Aprel, 2012
Fırtına binanın dam örtüyünü belə atdı - VİDEO

İstanbulun Şişli bölgəsindəki fırtınanın törətdiyi dağıntı dəqiqə-dəqiqə çəkilib 

İstanbuldakı fırtına şəhərin Şişli bölgəsindəki binanın damının uçmasına səbəb olub. Simsar.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, fırtınanın törətdiyi dağıntıları telefonu ilə çəkən bir nəfər həmçinin binanın damının uçduğu anı da çəkib. Binanın damı bütöv halda havaya qalxaraq dayanacaqda dayanmış iki maşının üstünə düşüb. Ölən və yaralanan olmasa da, avtomobillərə ciddi maddi ziyan dəyib.

Fatimə Kərimli

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!