19 Aprel, 2012
Ərdoğanın varidatı açıqlandı

Baş nazir müxalifətin tələbini yerinə yetirdi

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın gəlir deklorasiyası açıqlanıb.
Simsar.az-ın məlumatına görə, deklorasiya «basbakanli.gov.tr» internet saytında «Baş nazir Ərdoğanın tərcümeyi-halı» bölümünə yerləşdirilib. Türkiyə mətbuatının yaydığı məlumata görə, bu açıqlamada baş nazirin 500 min türk lirəsi dəyərində qiymətləndirilən Arnavutkom-Bollucadakı 376 kvadrat metrlik sahəsi yer almayıb.

Deklorasiyada daşınmaz əmlak olaraq, 10 min TL dəyərində qiymətləndirilən Güneysu-Dumankayadakı 2 min kvadrat metrlik sahəsi göstərilib. Saytda baş nazirin bank hesabındakı pulun məbləği isə belədir: 3.390.384 TL, 25 000 evro, 199.867 dollar
Maraqlıdır ki, deklorasiyanın «alacaqlar bölümündəki pulun məbləği 500. 000 TL - dir.

Qeyd edək ki, bir qədər əvvəl CHP lideri Kamal Kılıclaroğlu baş nazirdən gəlir deklorasiyasının açıqlnmasını tələb etmişdi.

Xatirə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!