19 Aprel, 2012
Kürdəmirin keçmiş icra başçısı müavin təyin olunub

Fəxrəddin Məlikov humanitar məsələlər üzrə müavin vəzifəsinə gətirilib

Bir neçə gün əvvəl Kürdəmirin icra başçısı vəzifəsindən azad olunmuş Fəxrəddin Məlikov Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini təyin olunub.

Binəqəqi rayon İcra Hakimiyyətindən Simsar.az-a bildirilib ki, F.Məlikov humanitar məsələlər üzrə müavin vəzifəsinə gətirilib. Humanitar məsələlər üzrə müavin Eldar Ağayev isə, az öncə rəhmətə getmiş Füzuli Aslanovun yerinə, yəni birinci müavin vəzifəsinə keçirilməklə, başçının vəzifələrini icra edir.

Onu da qeyd edək ki, dünən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı, Milli Məclisin sədri Oqtay Əsədovun qudası Alı Qocayev vəzifəsindən azad olunub. O, Samux rayonuna başçı təyin olunub.

Binəqədi Rayon İcra Hakimiyyətinə yeni başçı təyin olunmayıb.

RAMİL

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!