19 Aprel, 2012
Gənclər və idman naziri Küveytə səfər edib

Azad Rəhimovun səfəri 22 aprelədək davam edəcək

Gənclər və İdman naziri Azad Rəhimov Küveyt Dövlətinin Gənclər və İdman üzrə Baş Komitəsinin baş direktoru Feysəl Müsaid Əl-Cəzzafın rəsmi dəvəti bu ölkəyə səfərə yollanıb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, səfər çərçivəsində 16 aprel 2010-cu il tarixində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında idman və gənclər sahələrində əməkdaşlıq haqqında” Sazişin müddəalarına uyğun olaraq iki ölkə arasında gənclər və idman sahələrində əməkdaşlıq məsələlərinin müzakirəsi nəzərdə tutulub. Səfər 22 aprel tarixinədək davam edəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!