18 Aprel, 2012
Polkovnik-leytenant “Naftalan” vannasında öldü - ŞOK

Vasif İslamov müalicə məqsədilə Naftalana gedibmiş 

Simsar.az-ın məlumatına görə, hadisə “Naftalan” müalicə mərkəzində qeydə alınıb. BŞBPİ-nin Dövlət Yol Polisi İdarəsinin yol hərəkətinin təşkili şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vasif İslamov müalicə məqsədi ilə “Naftalan” vannası qəbul edərkən qəfildən dünyasını dəyişib. Məlumata görə, mərhumun 40 yaşı hələ tamam olmayıb.

Mərhumun ölümü ilə bağlı tibbi ekspertiza təyin olunub, araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!