16 Aprel, 2012
Ali məktəblərə imtahansız qəbul ediləcək şəxslərin sənəd qəbulu başlayıb

Onlar müvafiq universitetlərə müsabiqədənkənar qəbul edilirlər

Bu gündən ali məktəblərə imtahansız qəbul ediləcək şəxslərin sənəd qəbulu başlayıb.

 Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, “Təhsil haqqında” qanunun 26.5-ci maddəsinə əsasən dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. Bu kateqoriyadan olan abituriyentlər sənədlərini aprelin 16-dan mayın 18-dək TQDK-ya və ya komissiyanın regional bölməsinə (Naxçıvan, Gəncə, Quba, Lənkəran, Şəki) təqdim etməlidirlər. 

Abituriyentlərdən ümumi qaydada müvafiq sənəd qəbulu komissiyasında təsdiq olunmuş “Abituriyent ərizəsi” formasının surəti və müvafiq nailiyyətləri təsdiq edən sənədlərin surəti - diplom və fərdi proqram üzrə iştirakçı ölkələrin sayı göstərilən protokol (protokolun əks olunduğu rəsmi internet saytı göstərilməklə) tələb olunur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!