15 Aprel, 2012
Bakıda "Eurovision-2012" ilə bağlı moto-yürüş keçirilib

Yürüşə saat Qoşa Qala qapısında start verilib

Bu gün Avroviziya fan klubu və "Moto Baku" klubu moto yürüş təşkil edib. 20-dən çox motosikletin qatıldığı yürüşün əsas məqsədi "Eurovision" yarışmasının əhəmiyyətini göstərmək və müsabiqəyə marağı artırmaq olub. Yürüşə saat 11:00-da Qoşa Qala qapısında start verilib. Yürüş iştirakçıları motosikletlərinə bərkidilmiş "Eurovision" və Azərbaycan bayraqları ilə paytaxtın əsas küçələri ilə hərəkət ediblər. Yürüşün sonuncu dayanacağı isə Hava limanı olub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!