14 Aprel, 2012
“Azərlotereya” ötən il 19.1 mln gəlir əldə edib

ASC dövlətə 1,2 mln divident ödəyib

“M&J Accuracy Consulting” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “Azərlotereya” Açıq Səhmdar Cəmiyyətinin 2011-ci ilin maliyyə-təsərrüfat fəaliyyəti üzrə auditi keçirilib. Bu barədə Simsar.az-a İqtisadi İnkişaf Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məiumat verilib. 
Audit nəticəsində Səhmdar Cəmiyyətində mühasibat uçotunun qanunvericiliyə uyğun aparıldığı, mühasibat uçotunun və illik balansın qanuni göstərişlərə, eləcə də nizamnaməyə uyğun olduğu müəyyən edilib. Audit rəyinə əsasən, “Azərlotereya” ASC-də 2011-ci il üzrə əldə edilmiş gəlirlərin məbləği 19,1 mln. manat, sair əməliyyat gəlirləri 0,8 mln. manat, ümumi xərclərin həcmi 18,2 mln. manat, mənfəəti 1,7 mln. manat olub.
Ötən il “Azərlotereya” ASC tərəfindən dövlət büdcəsinə 1,2 mln. manat dividend, vergilər üzrə isə 795 min manat vəsait ödənilib.

Xatirə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!