14 Aprel, 2012
Dəmir yollarına yaz baxışı başlayacaq

Aprel ayının 15-də “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) təsərrüfatlarına yaz baxışı keçiriləcək.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Simsar.az-a verdiyi məlumata görə, kampaniyada təsərrüfatların və tikililərin saxlanışı vəziyyəti, eyni zamanda stansiyalarda, müəssisələrdə, təşkilatlarda hərəkətin təhlükəsizliyinin təmin olunması, ətraf mühitin qorunması və texniki təhlükəsizlik qaydalarına riayət olunması yoxlanılacaq. 

Böyük-Kəsik stansiyasından başlayacaq tədbir Böyük-Kəsik-Hacıqabul, Horadiz-Osmanlı, Astara-Şirvan-Ələt, Yalama-Sumqayıt, Ələt-Biləcəri, Abşeron sahəsi, Biləcəri, Bakı-sərnişin, Bakı-yük, Keşlə, H. Z. Tağıyev-çeşidləmə, Güzdək, Xırdalan stansiyaları və dəmir yolunun bütün qolları olmaqla, sahə və istiqamətlər üzrə davam edəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!