13 Aprel, 2012
Yaxın 3 gün ərzində qeyri-sabit hava şəraiti hökm sürəcək

Aprelin 15-də dəyişkən buludlu, əsasən yağmursuz hava hökm sürəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Simsar.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 14-də gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 9-14 dərəcə isti, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir. 

Aprelin 15-də dəyişkən buludlu, əsasən yağmursuz hava hökm sürəcək. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 9-14 dərəcə isti, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.

Aprelin 16-da dəyişkən buludlu, əsasən yağmursuz hava olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Axşam buludluluğun artacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 10-15 dərəcə isti, gündüz 22-27 dərəcə isti olacağı proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında aprelin 14-də bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Havanın temperaturunun gecə 10-15 dərəcə isti, gündüz 21-26 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə isti, gündüz 12-17 dərəcə isti olacağı ehtimalı var.

Aprelin 15-16-da hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin 16-da axşam ayrı-ayrı yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Cənub küləyi əsəcək, dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 11-16 dərəcə isti, gündüz 25-30 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə isti, gündüz 15-20 dərəcə isti olacağı proqnozlaşdırılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!