12 Aprel, 2012
Mətbuat Şurası Avropanın bəzi mətbu orqanlardan narazıdır

Jurnalistlər "Eurovision" ölkələrinə müraciət edəcək 

Azərbaycan jurnalistləri adından Avropa Yayım Birliyinə "Eurovision-2012" mahnı müsabiqəsində iştirak edən ölkələrə müraciəti imzalanıb.

Simsar.az-ın məlumatına görə, Azərbaycan jurnalistləri adından Avropa Yayım Birliyinə "Eurovision-2012" mahnı müsabiqəsində iştirak edən ölkələrə müraciət qəbul olunur. Artıq müvafiq sənəd hazırlanıb və imzalanıb. Müraciətdə "Eurovision- 2012" mahnı müsabiqəsi ilə bağlı Azərbaycana qarşı yerli və xarici mətbuatda neqativ, obyektiv mövqeni əks etdirməyən yazıların dərc olunmasına etiraz edilir.

Bu məqsədlə keçirilən tədbirdə bır sıra mətbuat qurumlarının rəhbərləri, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov və yerli jurnalistlər iştirak edir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!