12 Aprel, 2012
Sürücülərə şad xəbər

Bakıda yeni 4 zolaqlı yol çəkilir

Bakıda yeni dördzolaqlı yol çəkilir. “Azəryolservis” ASC- nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin Simsar.az-ın verdiyi məlumata görə, Bakıətrafı qəsəbələrin inkişafı ilə bağlı dövlət proqramı əlaqədar Zığ-Hava limanı yolunun (beton yol) 13-cü kilometrliyindən Qala stansiyası istiqamətində yeni dördzolaqlı yol salınır. Bakının bir neçə qəsəbəsinin mərkəzlə nəqliyyat əlaqəsinin yaxşılaşdırılması məqsədi ilə çəkilən yeni 12,5 kilometrlik yol bu istiqamətdə yaranan tıxacların qarşısını alacaq. Yolun bu ilin sonu, gələn ilin əvvəllərində istismara veriləcəyi nəzərdə tutulub.

Bu yol bir sıra qəsəbələrin mərkəzlə əlaqəsinin asanlaşdıracaq, sürücülərə aeroport şossesinə daxil olmadan şəhərə doğru rahat hərəkət etmələrini təmin edəcək. Bundaən əlavə paytaxtın bəzi yolları da əsaslı təmir edilir.

“Zığ-Hövsan, Hövsan-Türkan, Xocasən-Zığ, Rəsulzadə-Binəqədi-Novxanı, Binəqədi-Biləcəri, Bakı-Sumqayıt yolunun 10-cu kilometrliyi (Ekologiya postu), Sabunçu qovşağı-Zabrat dairəsi, Mərdəkan qəsəbəsinə yol əsaslı təmir edilir”, - deyə Pünhan Mürsəliyev vurğuladı.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!