12 Aprel, 2012
Paytaxtda qəsəbələrarası yollar təmir edilir

6 istiqamət üzrə yollar abadlaşdırılır 

Bakı şəhərində küçə və prospektlərlə yanaşı qəsəbələr arasındakı yolların da təmirinə başlanılıb. “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin Lent.az-a verdiyi məlumata görə, bir sıra ətraf yaşayış məntəqələrinə aparan, həmçinin həmin qəsəbələr arasındakı yollarda təmir işləri aparılır. Hazırda təmir işləri görülən yollar bunlardır:

Zığ-Hövsan yolu
Hövsan-türkan yolu
Rəsulzadə qəsəbəsi-Binəqədi-Novxanı-dəniz sahili istiqamətindəki yol
Binəqədi şossesi-Biləcəri-Bakı-Sumqayıt yolu istiqamətində (Ekologiya postunadək olan hissə)
Xocəsən-Lökbatan yolu
Mərdəkan istiqamətindəki mərkəzi yol

Qeyd edək ki, Bakının ən böyük yaşayış məntəqələrindən olan Maştağa qəsəbəsi istiqamətində, Sabunçu dairəsindən başlayan yolun təmirinə daha əvvəldən başlanılıb. Paralel olaraq, paytaxtın bir sıra mərkəzi küçə və prospektlərində də təmir işləri həyata keçirilir. Təmir işləri zamanı həm də kommunikasiya xətləri, piyada səkiləri, qoruyucu maneələr də yenilənir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!