11 Aprel, 2012
Sınaq imtahanının nəticələri açıqlanıb

Cavabları telefonla da öyrənmək olar 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 8-də respublikanın 24 bölgəsində - Bakı, Naxçıvan, Gəncə, Tovuz, Qazax, Şəki, Zaqatala, Yevlax, Mingəçevir, Lənkəran, Ağcabədi, Göyçay, Kürdəmir, İsmayıllı, İmişli, Şirvan və Salyan şəhərlərində, həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında keçirdiyi ilk sınaq imtahanının nəticələrini açıqlayıb.

TQDK-nın mətbuat katibi Elnur Nağızadə bildirib ki, sınaq imtahanlarının nəticələri Komissiyanın internet saytında yerləşdirilib. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla “İmtahancell” (Azercell nömrələrindən), “Cavab” (Bakcell nömrələrindən) və “Imtahan-info” (NAR Mobile) xidmətləri vasitəsilə də öyrənə bilərlər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!