11 Aprel, 2012
Bakının iki rayonunda içməli su problemi

Yeni xətlərin şəbəkəyə qoşulmasından sonra problem aradan qaldırılacaq

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir

Bu gün axşam saatlarına qədər Bakının Nəsimi və Səbail rayonlarının bəzi ərazilərinə (D.Əliyeva, F.Əmirov, Ü.Hacıbəyov, Z.Əliyeva, K.Səfərəliyeva, R.Zorge, Puşkin, Xaqani, Nizami küçələrinin bir hissəsinə) içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə Simsar.az-a "Azərsu" ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

İçməli suyun verilməsində məhdudiyyətlər Dilarə Əliyeva küçəsində tikintisi başa çatan 400 metr uzunluğunda 300 mm diametrli yeni magistral və buna paralel 160 mm diametrli köməkçi su xəttinin şəbəkəyə birləşdirilməsi ilə əlaqədardır.

Qeyd edək ki, yeni xətt şəbəkəyə qoşulduqdan sonra 1936-cı ildə çəkilmiş çuqun xəttin istismarı dayandırılacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!