10 Aprel, 2012
8297 müraciət, 46 cəza

Daxil olan şikayətlər davranış qaydaları və xidmətlə bağlıdır

“2011-ci il ərzində Səhiyyə Nazirliyi tərəfindənc 32 fakt üzrə cinayət xarakterli olmayan pozuntu halları aşkar edilərək, 46 tibb işçisi intizam məsuliyyətinə cəlb edilib, 5 iş üzrə cinayət əlamətləri olan faktlar toplanıb və sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərilib”.
 Bu barədə Simsar.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli məlumat verib. O, bildirib ki, 24.02.2011-ci il-24.02.2012-ci il tarixiləri ərzində Səhiyyə Nazirliyinin qaynar xəttinə 8297 müraciət daxil olub, müraciətlərin 4189-u (1083-ü əsaslı, 3106-sı isə əsassız) şikayət, 2348-i sorğu xarakterli, 458-i aidiyyəti üzrə deyil, 1302-si isə cari problemlərlə bağlı olub. 
Nazirliyin sözçüsü qeyd edib ki, daxil olan şikayətlər əsasən tibb işçilərinin xəstələrlə qeyri-etik davranışı və tibb sahəsində xidmətin keyfiyyəti ilə bağlı olur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!