9 Aprel, 2012
Buraxılış işi və dövlət imtahanları ləğv oluna bilər

Azərbaycan Dillər Universitetində artıq dövlət imtahanlarından imtina olunub

Azərbaycanın bəzi ali məktəblərində buraxılış işi və yekun dövlət imtahanları ləğv oluna bilər. Simsar.az-ın məlumatına görə, Təhsil Nazirliyinin ali və orta ixtisas təhsili şöbəsinin müdiri İlham Mustafayev bildirib ki, 2010-2011-ci tədris ilində Azərbaycan Dillər Universitetinin təklifi və Təhsil Nazirliyinin razılığı əsasında bu ali məktəbdə buraxılış işi və yekun dövlət imtahanlarından imtina olunub. 

Tələbələrin buraxılışı məzunların təlim müddətində tədris, elmi və ictimai fəaliyyətini əks etdirən hesabatların təqdimatı formasında həyata keçirilib.

İlham Mustafayev deyib ki, buraxılış işi və dövlət imtahanlarının humanitar ixtisaslar və bəzi təbiət elmləri üzrə ləğvi gerçəkləşə bilər. Texniki profilli ixtisaslarda buraxılış işlərinin yazılması təcrübəsi qalmalıdır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!