9 Aprel, 2012
Deputat yazdı, məmur düzəltdi

İmişlidə körpü problemi həll olunub

İmişlinin dəmiryol vağzalında piyadaların keçidi üçün nəzərdə tutulmuş körpünün yararsız olması ilə bağlı 80 saylı İmişli-Beyləqan seçki dairəsinin deputatı Çingiz Qənizadənin “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərova etdiyi müraciət öz müsbət nəticəsini verib. Deputatın mətbuat xidmətindən verilən məlumata görə həmin körpü həqiqətən uzun müddətdir ki, piyadaların həyatı üçün təhlükəli idi.

Deputatın seçicilərlə görüşü zamanı qaldırılan bu problem İmişli Rayon İcra Hakimiyyəti tərəfindən də dəstəklənib.

Məsələ ilə bağlı Ç.Qənizadə rayon rəhbərliyi ilə birlikdə körpüyə baxış keçirib, vəziyyəti öz gözü ilə görüb.

Artıq rayonun Dəmiryolu İdarəsinin xüsusi tikinti briqadası 3 gündür ki, İmişlidədir.

RAMİL

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!