9 Aprel, 2012
Sənəd qəbulu ilə bağlı mətbuat konfransı

Məleykə Abbaszadə sənəd qəbulu ilə bağlı bütün məlumatları açıqlayacaq

Tələbə Qəbulu üzrə Dövlət Komisiyasının (TQDK) sədri Məleykə Abbaszadə sabah 2012-2013-cu tədris ili üçün ali təhsil müəssisələrinə sənəd qəbulu ilə bağlı mətbuat konfransı keçirəcək. Bu barədə Simsar.az-a TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə məlumat verib. 

TQDK rəsmisi bildirib ki, komisiya sədri 2012-2013-cü tədris ili üçün ali təhsil müəssisələrinə sənəd qəbulu ilə bağlı bütün məlumatları verəcək. Tədbirdə “Abituriyent” jurnalının 2-ci sayının təqdimatı da olacaq. Jurnalın 2-ci sayında ali məktəbə hazırlaşan abituriyentlər üçün lazımi məlumatlar yer alıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!