9 Aprel, 2012
Azərbaycan filmləri Ermənistanda

Filmlər erməni dilinə tərcümə olunub

Aprelin 12-də Ermənistanın Gümrü şəhərində Azərbaycan filmlərinin festivalının keçirilməsi planlaşdırılır.

Simsar.az-ın festivalın təşkilatçısı olan “Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzi”nə istinadən yaydığı məlumata görə, Gümrü Jurnalistlər Klubunda 2007-2008-ci illərdə Azərbaycanda çəkilmiş 4 qısametrajlı (bir sənədli, 3 bədii) filmin nümayişi planlaşdırılır. Səsvermə nəticəsində filmlərdən biri “Tamaşaçı simpatiyası” nominasiyası üzrə qalib elan olunacaq. Filmlər erməni dilinə tərcümə olunub. Festival Böyük Britaniya və ABŞ-ın Ermənistandakı səfirliklərinin dəstəyi ilə keçirilir. 

Xatırladaq ki, mərkəz 2010-cu ilin noyabrında İrəvanda analoji tədbir keçirmək istəsə də, heç bir səbəb açıqlanmadan təşkilatçılara yer verilməməsi nəticəsində festival baş tutmayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!