9 Aprel, 2012
GUAM-ın baş katibi Azərbaycanda

Səfər zamanı Azərbaycan-GUAM əməkdaşlığı müzakirə olunacaq

GUAM-ın baş katibi Valeri Çeçelaşvili Azərbaycana gəlib. Simsar.az-ın xəbərinə görə, səfərdə məqsəd GUAM milli əlaqələndiricilərinin aprelin 9-10-da Bakıda xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçiriləcək iclasında iştirak etməkdir. Səfər zamanı Azərbaycan-GUAM əməkdaşlığı da müzakirə olunacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!