7 Aprel, 2012
Yediyimiz toyuqlar xəstəlik mənbəyidir

«Broyler»lər xərçəng törədicisi ola bilər

«Broyler» toyuqlarının insan orqanizminə ziyanı ilə bağlı yeni məlumatlar açıqlanıb. Simsar.az-ın məlumatına görə, İstanbul Universiteti Tibb fakültəsinin Onkologiya şöbəsinin müəllimi Yavuz Dizdar xərçəng xəstəlyinin artmasında 45 günə yetişdirilən bu cür toyuqların rolunun ola biləcəyini deyib. Onun sözlərinə görə, bununla bağlı universitetdə araşdırma aparılır.

Y.Dizdar yumurtadan çıxan cücələrə «antibiotik»-lərin vurulmasının təhlükəli olduğunu deyib. O, «antibiotik» lərin cücələrdə bağırsaq sisteminin inkişafına maneə olduğunu deyib. Digər tərəfdən həkim qeyd edib ki, toyuq və cücələrin günəş üzü görməməsi, onların qapalı şəraitdə, kimyəvi maddələrlə saxlanması da bir sıra xəstəliklərin yaranmasına şərait yaradır: «Yazıq heyvanın sümüklərinin əlinizin altında parçalandığını hiss edirsiz. Onu tutanda qaça, buraxanda hərəkət edə də bilmir. 1,7 kq yemlə 1 kiloluq toyuq əldə edirlər. Dünyanın heç bir yerində belə bir şey görünməyib».

Bir toyuğun gündə 3-4 dəfə yumurtlamasının da normal hal olmadığını söyləyən Y.Dizdarın sözlərinə görə yumurtanın əmələ gəlməsi üçün 24 saatdan çox vaxt lazımdı. O, qeyd edib ki, bu, toyuqlara harmon vurulmasının nəticəsidir.

Xatirə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!