7 Aprel, 2012
Telekanalların hər birinə 500 min manat

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib

Şuradan verilən məlumata görə, iclasda milli telefilmlərin, habelə serialların çəkilişi ilə bağlı “İctimai Televiziya və Radio Yayımları Şirkəti”, “ANS Müstəqil Yayım və Media Şirkəti”, “Azad Azərbaycan Teleradio Kompaniyası”, “Lider TV və Radio Azərbaycan” MMC, “Spase Müstəqil Teleradio Kompaniyası və “Xəzər TV” MMC-nin hər birinə birdəfəlik müqavilə bağlanılması yolu ilə 500 min manat məbləğində maliyyə vəsaitinin ayrılması barədə qərar qəbul edilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!