6 Aprel, 2012
Bakıda küçə ticarətinə qarşı reyd keçirilir

“Nizami” metrosunun qarşısında təmizlik işləri aparılır

Bakının bəzi metrostansiyalarının qarşısında küçə ticarəti ilə məşğul olanlara qarşı reyd keçirilir.
Metronun “Nizami” stansiyasının ətrafında alverlə məşğul olanlarla polislər arasında kiçik insident yarandığı bildirilir.
Simsar.az-ın əməkdaşı məlumat verir ki, yüksək rütbəli polis zabitləri küçə ticarətinin yığışdırılmasında daha çox canfəşanlıq edirlər. Bir sıra dövlət qurumları, o cümlədən, Bakı şəhər İcra Hakimiyyəti küçələrdə ticarətinin qadağan olunması barədə bir neçə dəfə bəyanat versə də, bir sıra metrostansiyanın yaxımlığında küçə ticarəti hələ də davam etməkdədi.

ELMAR

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!