4 Aprel, 2012
Təhsil Naziri: Saxta diplomlar haqqında tədbir görülür

Belə adamlar məktəbdə işləyə bilməz

“Azərbaycan vətəndaşlarının saxta diplomu olmamalıdır. Belə adamlar məktəblərdə çalışa bilməz”.

Simsar.az-ın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov deyib. Nazir bildirib ki, saxta diplomların aşkarlanması üçün tədbirlər davam etdirilir: “Saxta diplomları aşkar edərkən onların sahiblər haqqında və diplomların necə verilməsi barədə çox ciddi tədbirlər görülür”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!