4 Aprel, 2012
Bakıda 16 dərəcəyədək isti gözlənilir

Yaxın 2 gün ərzində hava şəraitinin əsasən yağmursuz keçəcək, mülayim cənub küləyi üstünlük təşkil edəcək

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, axşam yarımadanın bəzi yerlərində zəif duman olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Simsar.az-a verilən məlumata görə, mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 5-9 dərəcə isti, gündüz 12-16 dərəcə isti olacağı gözlənilir.

Hava şəraitinin qısa icmalı: Yaxın 2 gün ərzində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, mülayim cənub küləyinin üstünlük təşkil edəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10 dərəcə isti, gündüz 18-23 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə isti, gündüz 7-12 dərəcə isti təşkil edəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!