3 Aprel, 2012
Xədicə İsmayılova mətbuat konfransı keçirir

Prokurorluğun apardığı istintaq ictimaiyyətə açıqlanacaq

Sabah Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində jurnalist Xədicə İsmayılovanın özəl həyatına müdaxilə və jurnalist fəaliyətinə görə məruz qaldığı təhdidlərlə bağlı aparılan araşdırmanın nəticələri təqdim olunacaq. Simsar.az-ın məlumatına görə, saat 13.30-da baş tutacaq tədbirdə prokurorluğun apardığı istintaqla bağlı problemlər barədə məlumatlar ictimaiyyətə çatdırılacaq.

Qeyd edək ki, martın 7-də Xədicə İsmayılovanın yaşadığı ünvana təhdid və şantaj xarakterli məktub gəlib. Məktubda intim xarakterli şəkillər və hədələr yer alıb. Martın 14-də isə internetdə Xədicə İsmayılovanın şəxsi həyatına aid video-görüntü yayılıb. Martın 15-də faktla bağlı cinayət işi açılıb.


Fatimə Kərimli

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!