3 Aprel, 2012
Peykimiz göyə uçur

"Azerspace-1" oktyabrda Kuru kosmodromuna qaldırılacaq

İsveçrənin “OnAir” şirkəti perspektivdə Azərbaycanın ilk telekommunikasiya peykinin resurslarını istifadə edə bilər. Bizimxeber.az-ın məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev bildirib. “Şirkətlə danışıqlar artıq keçirilib və peykin orbitə çıxarılmasından sonra onun resursları “OnAir” şirkəti tərəfindən istifadə edilə bilər”, – Nəbiyev deyib.

Onun sözlərinə görə, yaradılan telekommunikasiya peyki təkcə Azərbaycanın tələbatını ödəmək üçün nəzərdə tutulmayıb. “Respublikanın ehtiyacları üçün onun resurslarının təqribən 20 faizi istifadə ediləcək, peykin qalan resursları beynəlxalq bazarda reallaşdırılacaq”, – o qeyd edib.

Hazırda peykin resurslarının 39,5 faizi artıq Malayziya operatoru MEASAT tərəfindən icarəyə götürülüb. “Azərbaycan peykinin resursları rabitə və teleradio yayım xidmətinin göstərilməsi üçün Malayziya şirkəti tərəfindən həyata keçiriləcək. Peykin buraxılışı noyabr-dekabr aylarına planlaşdırılıb”, – Nəbiyev deyib.Azərbaycanın ilk telekommunikasiya peyki (“Azerspace-1″) Kuru kosmodromuna oktyabrda çatdırılacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!