31 Mart, 2012
Cəmil Həsənli: «Ziyalılar Forumu apreldə toplanacaq»

Müzakirəyə çıxarılacaq mövzu bəllidir

«Ziyalılar Forumunun növbəti toplantısı aprel ayında keçiriləcək. Bu dəfə müzakirəyə çıxarılacaq mövzu beynəlxalq aləmdə Azərbaycanın imicinin formalaşdırılması ilə bağlı olacaq».

Bu barədə Ziyalılar Forumunun əsas üzvlərindən biri, tarixçi alim Cəmil Həsənli Simsar.az-a açıqlamasında bildirib. C.Həsənli Ziyalılar Formunun passiv fəaliyyət göstərməsinə dair deyilənlərlə razılaşmır.

Onun sözlərinə görə, Ziyalılar Forumu adətən ayda bir dəfə tədbir keçirir: «Martın 6-da tədbirimiz olub. Qadınlarla bağlı. Apreldə də tədbir olacaq. Çox güman ki, mövzu Azərbaycanın dünyadakı imici ilə bağlı olacaq».

RUSLAN

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!