31 Mart, 2012
Hava haqqında

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu gün gözlənilən hava proqnozunu açıqlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, martın 31-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Arabir güclənən cənub-qərb, qərb küləyi, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 4-7 dərəcə isti, gündüz 17-20 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarına gəlincə, martın 31-də hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 3-7 dərəcə isti, gündüz 17-22 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 5-10 dərəcə şaxta olacağı gözlənilir.

Milli Hidrometeorologiya Departamenti hava şəraitinin qısa icmalını da açıqlayıb. Yaxın 2 gündə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, temperaturun yüksələcəyi, arabir güclənən qərb küləyinin üstünlük təşkil edəcəyi gözlənilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!