30 Mart, 2012
Öskürək əleyhinə siroplar qadağan edildi

Belçkia hökuməti 6 yaşa qədər olan uşaqlara sirop verilməsinə icazə vermir 

Belçikada 6 yaşa qədər olan uşaqlara öskürək əleyhinə siropların verilməsi qadağan edilib. Simsar.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Belçika hökumətinin belə qərar verməsinə bu siropların digər xəstəliklərin əlamətlərini gizlətməyi səbəb olub. Həkimlər öskürək əleyhinə siropların orqanizmdəki digər ciddi xəstəlikləri pərdələdiyini və hansısa müsbət təsir göstərmədiyi qərarına gəliblər.
Türkiyəli həkimlər isə bildirir ki, siropların yalnız boğazdakı kəskin qıcıqlanmalar zamanı istifadə olunması məsləhətdir.

Fatimə Kərimli

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!